FHN: Sərnişin avtobusundakı yanğın söndürülüb (video)
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu ərazisində, “Lökbatan” dairəsində sərnişin avtobusunda yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “DAEWOO” avtobusda baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində avtobusun salon hissəsi qismən və arxa sol təkərləri yanıb. Avtobusun böyük hissəsi yanğından mühafizə olunub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Sumqayıt şəhərində yerləşən sexdə yanğın...
Sumqayıtda doqquzmərtəbəli yaşayış...
Bakıda çoxmərtəbəli binada yanğın olub...
Xırdalanda restoranda baş vermiş yanğın...
Masazırda ev yanıb, 1 nəfər yanıq...