2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

Buzovnada dönər və toyuq əti emalı müəssisəsində nöqsanlar aşkarlanıb

05-03-2025
IMG

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində “FQ Foodex” MMC-yə məxsus çiy dönər və toyuq əti emalı müəssisəsində yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı sanitar-texniki tələblərin pozulduğu, ət məhsullarının saxlanma şəraitinə əməl olunmadığı məlum olub, eyni zamanda mənşəyi məlum olmayan 6 min 159 kiloqram dondurulmuş toyuq əti və istifadə müddəti bitmiş 72 kiloqram toyuq filesi, 360 kiloqram toyuğun bud hissələri aşkarlanıb.

Yoxlama zamanı “AL-ASR” əmtəə nişanlı çiy mal əti və toyuq əti dönərindən, çiy toyuq hissələrindən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində çiy mal əti dönərində at və toyuq DNT-si, çiy toyuq əti dönərində isə salmonella müəyyən olunub.

Faktla bağlı istehlaka yararsız məhsullar dövriyyədən çıxarılıb, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və sahibkar barəsində inzibati protokol tərtib edilib.

Paylaş: