2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Bakıxanov qəsəbəsində yerləşən oteldə yanğın olub

28-02-2025

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən oteldə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində altımərtəbəli otelin birinci mərtəbəsində yerləşən ümumi sahəsi 20kv.m. olan çamaşırxanada baş vermiş yanğın genişlənməsinə, o cümlədən otel binasına keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində çamaşırxananın içərisində 1 ədəd paltaryuyan maşın yanıb.

Çamaşırxana və otel binası yanğından mühafizə olunub.

Paylaş: