Bakıda hündürmərtəbəli binada yanğın olub
Bakının Yasamal rayonunda yaşayış binasında yanğın olub.
Fhnews.az xəbər verir ki, hadisə Əbdülrəhim bəy Haqverdiyev küçəsində yerləşən yeni tikili binanın 4-cü mərtəbəsində baş verib. Yanğınla əlaqədar Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə məlumat daxil olub.
Dərhal 5 yanğınsöndürmə maşını və canlı qüvvə hadisə yerinə cəlb olunub.
Binanın sakinləri təxliyyə edilib. Yanğın qısa müddətdə tamamilə söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb. Mütəxəssislər yanğının səbəblərini araşdırır.
Sumqayıt şəhərində yerləşən sexdə yanğın...
Sumqayıtda doqquzmərtəbəli yaşayış...
Bakıda çoxmərtəbəli binada yanğın olub...
Xırdalanda restoranda baş vermiş yanğın...
Masazırda ev yanıb, 1 nəfər yanıq...