Bakıda bataqlıqda batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsində 1 nəfərin bataqlıqda batmaq təhlükəsində olması, Nəsimi rayonunda isə 1 nəfərin barmağında üzüyün sıxılıb qalması barədə məlumatlar daxil olub.
Məlumatlarla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış üzrə cəlb olunublar.
Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində Bülbülə qəsəbəsindəki bataqlıqda batma təhlükəsində olan 1 nəfər xilas edilib.
Həmçinin, Nəsimi rayonunda vətəndaşın barmağında sıxılıb qalmış üzüyün müvafiq vasitələrlə çıxarılması təmin edilib.
Sumqayıt şəhərində yerləşən sexdə yanğın...
Sumqayıtda doqquzmərtəbəli yaşayış...
Bakıda çoxmərtəbəli binada yanğın olub...
Xırdalanda restoranda baş vermiş yanğın...
Masazırda ev yanıb, 1 nəfər yanıq...