Yaponiyalı alim Azərbaycanın qədim əhalisinin antropologiyası üzrə tədqiqatlar aparıb
Yaponiyanın Sapporo Tibb Universiteti Tibb Elmləri Məktəbinin anatomiya professoru Hirofumi Matsumura “Kəllə-sima dəyişkənliyinin əsasında insanın anatomik məskunlaşma formasını anlamaq üçün ikitəbəqəli model rekonstruksiyası” (Reconstruction of Two Layer Model to understand Anatomical Model Human (AMH) dispersal based on human craniofacial variability) layihəsi çərçivəsində AMEA Arxeologiya və Antropologiya İnstitutunun Elmi Fondunda olub.
Fhnews.az xəbər verir ki, İnstitutdan verilən məlumata görə, beynəlxalq layihənin əsas məqsədi iqlimə uyğunlaşma nəticəsində insanın kəllə-sima quruluşunun dəyişmə dinamikasını tədqiq etməkdir. Bu dəyişkənliyin qanuna uyğunluqlarının araşdırılması ovçu-yığıcıların və daha sonra əkinçi-maldarların yer üzünə yayılaraq yeni ərazilərdə məskunlaşmasını, özlərindən əvvəlki əhali ilə qarşılıqlı təsirlərini öyrənmək baxımından böyük əhəmiyyət daşımaqdadır.
İnstitutun Elmi Fondunda müxtəlif dövrlərə aid insan kəllə sümükləri toplandıqdan sonra Traseoloji və eksperimental arxeoloji laboratoriyada bərpa işləri və 3D geometrik-morfоmetrik çəkilişlər aparılıb.
Yaponiyalı mütəxəssisi Hacettepe Universitetinin Antropoloji bölümünün rəhbəri professor Yılmaz Selim Erdal müşayiət edib. Tədqiqatda AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları da iştirak ediblər.
Direktorların işə qəbulu üzrə...
BDU və Buxara Dövlət Universiteti...
Azərbaycan Təhsil İşçiləri Azad...
AMEA-nın Biologiya və Tibb Elmləri...
Agentlik: Bu il ərzində yeni...