19 yanvar 2025, bazar Bakı, 7°C
IMG-LOGO

Əriyən buzlar 6000 illik  sirri ortaya çıxarıb

16-01-2025
IMG

Qaya dağlarında buzların əriməsi nəticəsində minlərlə illik meşə qalıqları aşkarlanıb. ABŞ-nın Vayominq əyalətindəki Beartooth Yaylasında arxeoloji tədqiqatlar aparan alimlər dəniz səviyyəsindən təxminən 3100 metr yüksəklikdə ən azı 30 ağqabıqlı şam ağacı (Pinus albicaulis) aşkar ediblər.Qayalı Dağlardakı bu ağaclar qalıqların aşkar edildiyi yerdən təxminən 180 metr aşağıdadır. 

Tədqiqatçılar qalıqların halqalarını sayaraq və radiokarbon tarixləndirməsindən istifadə edərək ağacların 5950-5440 il əvvəl mövcud olduğunu müəyyən ediblər.

Alimlərin  fikrincə, ağacların hündür yerlərdə böyüməsi indikindən daha isti iqlimdən xəbər verir. Tədqiqatçılar hesablayıblar ki, ağaclar çox güman ki, isti mövsümdə (may-oktyabr) temperatur orta hesabla 6,2 dərəcə olduqda böyüyüb. Bu temperaturlar 20-ci əsrin ortalarından sonlarına qədər olan səviyyələrə yaxındır.

Elm adamları daha sonra fərz edirlər ki, Şimal yarımkürəsində vulkanik fəaliyyət havanın soyumasına və ağacların yaşaya biləcəyi ərazini məhdudlaşdırmasına səbəb olub. Vulkan püskürmələri zamanı buraxılan maddələr günəş işığının qarşısını alaraq temperaturu azalda bilər. 

Ancaq yeni çıxan ağaclar quruduqdan dərhal sonra buz təbəqəsi ilə örtülərək min illər boyu qorunub.Havalar isindikcə buzların əriməsi nəticəsində ağaclar meydana çıxıb. Önümüzdəki illərdə temperatur artdıqca, daha yüksək bölgələrdə ağacların çıxması ehtimalı var.

Bu cür kəşflər elmi maraq doğursa da, təəssüf ki, alp ekosistemlərinin iqlim dəyişikliyinə nə qədər həssas olduğunu xatırladır. Alimlər deyirlər ki, bir ekosistemin min illərlə qorunub saxlanması çox yaygın deyil. Bunun bu ssenaridə baş verməsinin bir səbəbi, onun buzlaqlar vasitəsilə deyil, sabit qalan buz təbəqəsi altında qalmasıdır. Beləliklə, buzun içindəkilər hərəkətdən qorunur.

Tədqiqatçılar ümid edirlər ki, yeni tapıntılar Yerin keçmişi haqqında mühüm məlumat verəcək.

Paylaş: