19 yanvar 2025, bazar Bakı, 7°C
IMG-LOGO

Kaliforniyanın yanğın acısı…

18-01-2025
IMG

“Associated Press” agentliyinin Madisondakı Viskonsin Universitetinin Silvis Laboratoriyasından əldə etdiyi məlumatlarla apardığı təhlil, Kaliforniya sərhədləri daxilində yerləşən Palisades və Eaton bölgələrində şəhər ərazisində yanğınlarda dağıntıların miqyasını ortaya qoyub.

Təhlillərə görə, Los-Ancelesin Palisades və Eaton qraflıqlarında təxminən 10 gündür davam edən yanğınlar nəticəsində dağılan şəhər ərazisinin miqyası 1980-ci illərin ortalarından bəri ştatda baş verən hər hansı yanğından daha çoxdur.

Son 40 ildə Kaliforniyada baş verən hər hansı digər yanğından daha çox şəhər ərazisini külə çevirən yanğınlar Sakit Okeandan gələn güclü və davamlı küləklərin təsiri altında yayılarkən daha çox yaşayış və iş yeri alovlardan külə dönüb. 

Ölçmələrə görə, Palisades və Eaton yanğınları Los-Ancelesin sıx məskunlaşdığı ərazilərdə təxminən 10,36 kvadrat kilometr yaşayış sahəsini yandırıb.Bu, 2018-ci ildə regionda Vulsi yanğını nəticəsində məhv edilən şəhər ərazisindən iki dəfə çoxdur.

Paylaş: