19 yanvar 2025, bazar Bakı, 7°C
IMG-LOGO

Rəisinin həyatını itirdiyi vertalyot qəzası ilə bağlı İrandan yeni açıqlama

18-01-2025
IMG

İran Baş Qərargahı 2024-cü il mayın 19-da faciəli şəkildə həlak olan keçmiş prezident İbrahim Rəisini daşıyan vertalyotun təxribat nəticəsində qəzaya uğraması ilə bağlı iddiaları təsdiqləməyib. İran Baş Qərargahı Rəisinin həyatını itirdiyi hadisənin təxribat və ya sui-qəsd olduğu iddiaları ilə bağlı yazılı açıqlama verib. Açıqlamada daha əvvəl dərc olunmuş xəbər təsdiqlənib və bunun bir qəza olduğu bildirilib. Açıqlamada sözügedən iddiaların müəyyən məqsəd və ya məlumatsızlıq üzündən törədildiyi, uzun zaman davam edən ekspertizalar nəticəsində qəzanın səbəbinin “coğrafi şərait və regionun pis hava şəraiti” olduğu göstərilib. 

Məsələ ilə bağlı media və siyasətçilərdən ictimaiyyəti çaşdıracaq şərhlərdən çəkinmələri istənilib.

Paylaş: