19 yanvar 2025, bazar Bakı, 7°C
IMG-LOGO

Turizm və qastronomiya sektoru Antalyada görüşəcək

16-01-2025
IMG

Fevralın 1-2-də Antalyada beşinci “Beynəlxalq Turizm Qastronomiya İnvestisiyaları və Qonaqpərvərlik Sammiti”  keçiriləcək.

Zirvədə qonaqpərvərlik sənayesində mədəni fərqliliklərin rolu, texnologiyanın sektordakı yeri və təklif etdiyi yeniliklər müzakirə olunacaq. Bundan əlavə, tədbirdə qonaq gözləntilərində müxtəliflik, davamlılıq və ekoloji cəhətdən təmiz təcrübələr kimi məsələlər sənayenin aparıcı mütəxəssisləri, investorlar və ekspertlər tərəfindən qiymətləndiriləcək.

Panellər və müsahibələr vasitəsilə iştirakçılara sektorda innovativ yanaşmalar və gələcək proqnozlar təqdim olunacaq.Sammitdə yerli və beynəlxalq qida, içki, turizm, sənaye mətbəxi və stolüstü avadanlığı şirkətlərinin məhsulları sərgilənəcək.

Paylaş: