19 yanvar 2025, bazar Bakı, 7°C
IMG-LOGO

Azərbaycanın dövlət büdcəsinin kəsiri 37 % azalıb

17-01-2025
IMG

2024-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 37 milyard 164,2 milyon manat, xərcləri isə 37 milyard 719,7 milyon manat təşkil edib.

Fhnews.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, 2023-cü illə müqayisədə müvafiq olaraq 5,5 % və 3,5 % çoxdur.

Son nəticədə ötən il büdcədə 555,5 milyon manat və yaxud ümumi daxili məhsulun 0,4 %-i qədər kəsir yaranıb. Bu isə əvvəlki ilə nisbətən 37,1 % azdır.

Paylaş: