Pakistanın keçmiş baş naziri İmran Xan 14 il müddətinə azadlıqdan məhrum edilib
Korrupsiya işi üzrə mühakimə olunan Pakistanın keçmiş baş naziri İmran Xan 14 il müddətinə azadlıqdan məhrum edilib.Həbsdə olan Pakistanın keçmiş baş naziri İmran Xan və həyat yoldaşı 190 milyon funt-sterlinq dəyərində dövlətə məxsus hədiyyələri satmaqda təqsirli biliniblər. Xan 14 il, həyat yoldaşı Büşra Xan isə 7 il həbs cəzasına məhkum edilib.
Məhkəmə həbs cəzalarına əlavə olaraq, İmran Xanın 1 milyon rupi, həyat yoldaşının isə 500 min rupi cərimə olunduğunu açıqlayıb. Cərimələr ödənilməsə, İmran Xan 6 ay, həyat yoldaşı isə daha 3 ay həbs olunacaq. Qərar açıqlandıqdan sonra Büşra Xan nəzarətə götürülüb.
Nigeriyada yanacaq tankeri partlayıb: 70...
"Qaranlıq Oksigen" missiyası...
Yaponiyada təbii fəlakətlərdən sonra...
Alimlər Neolit dövründə iqlim böhranının...
“NASA” teleskopundan 2,5 milyard piksel...