19 yanvar 2025, bazar Bakı, 7°C
IMG-LOGO

Tunca və Meriç çaylarının axını artıb

16-01-2025
IMG

Türkiyənin Ədirnə bölgəsində son günlərdə yağan qar və leysan Meriç və Tunca çaylarının axınını artırıb.

Yağışlar yay aylarında quraqlıq və kənd təsərrüfatının suvarılması səbəbindən su səviyyəsi azalan çaylar üçün faydalı olub. 

Son ölçmələrdə Meriç çayının debisi Dövlət Su İşləri Baş İdarəsinin Kirişhane Stansiyasında 134 kubmetr/saniyəyə, Tunca çayının Suakaçık Stansiyasında isə 7 kubmetr/saniyəyə yüksəlib.

Yay aylarında hər iki çay indiki axınının 1/3 hissəsini təşkil edib.

Paylaş: