Süni intellekt ilan sancmalarının müalicəsində effektli olacaq
Süni intellektlə inkişaf etdirilən yeni zülallar ölümcül ilan zəhərini zərərsizləşdirməkdə əhəmiyyətli uğur qazanıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il 2 milyondan çox insan ilan sancması nəticəsində sağlamlıq problemlərindən əziyyət çəkir və ən azı 100 min insan həyatını itirir. Bu halların əksəriyyəti Afrika və Asiyanın orta və ya aşağı gəlirli ölkələrində baş verir.Adətən heyvanlardan əldə edilən mövcud antidotların yüksək qiymət, aşağı yan təsir və yan təsir kimi problemləri var.
Daha təsirli və sərfəli alternativlər axtaran elm adamları əhəmiyyətli bir addım atıblar. Kimya üzrə 2024-cü il Nobel mükafatı laureatlarından biri olan professor David Bakerin rəhbərlik etdiyi tədqiqatçılar süni intellektdən istifadə edərək ilan zəhərinə bağlanan və zərərsizləşdirən yeni zülallar istehsal ediblər. Xatırladaq ki, professor Baker 2003-cü ildən təbiətdə mövcud olmayan zülalların istehsalına görə bu mükafata layiq görülüb.
Nəticələri "Nature" jurnalında dərc edilən araşdırmada diqqət üç barmaq toksinləri adlanan bir qrup zülal üzərində cəmlənib. Xüsusilə kobra, mamba və mərcan ilanlarının zəhərlərində olan bu zülallar mövcud antidotlara kifayət qədər davamlıdır. Alimlər süni intellekt tərəfindən hazırlanmış yeni molekulları siçanlarda üç barmaqlı toksinlərə qarşı sınaqdan keçirib və heyvanların 80-100 faiz nisbətində sağ qaldığını müşahidə edib. Bu nisbət toksin növünə, zülal formasına və ona qarşı tətbiq olunan dozaya görə dəyişir.
Yeni müalicə üsulu bütün ilan zəhərlərinin zərərsizləşdirilməsini vəd etmir, çünki hər bir ilanın zəhərində toksinlərin unikal kombinasiyası var. Bununla belə, yeni tədqiqat müalicənin effektivliyini və zülalın inkişaf prosesini sürətləndirmək üçün süni intellektin potensialını nümayiş etdirir.
Nigeriyada yanacaq tankeri partlayıb: 70...
"Qaranlıq Oksigen" missiyası...
Yaponiyada təbii fəlakətlərdən sonra...
Alimlər Neolit dövründə iqlim böhranının...
“NASA” teleskopundan 2,5 milyard piksel...