James Webb Kosmik Teleskopundan yeni kəşf
NASA-nın James Webb Kosmik Teleskopu 350 il əvvəl partlamış fövqəlnovanın işıq əks-sədasını görüntüləməklə kosmosda qaz və toz buludlarının ətraflı üçölçülü xəritəsini yaradıb. Bu yeni müşahidələr sayəsində elm adamları ulduzlararası mühitin strukturunu daha yaxşı başa düşməyə çalışırlar.
Fövqəlnova qalığı keçmiş ulduz partlayışının təsirlərini ortaya çıxarıb.Partlayış zamanı yayılan güclü rentgen şüaları və ultrabənövşəyi şüalar kosmosdakı qaz və toz buludlarını qızdıraraq onların parlamasına səbəb olub.
NASA-nın Webb Teleskopu bu işıq əks-sədasını ətraflı araşdıraraq əvvəllər məlum olmayan qovşaqları, təbəqələri və bulud strukturlarını ortaya çıxardı.Araşdırma qrupundan Jacob Jencson etiraf edib ki, onlar belə detallı bir görüntü gözləmirdi. Nəticədə yaranan təbəqələr soğanın halqalarına bənzəyir. Mütəxəssislər bildirirlər ki, əldə edilən görüntülər ulduzlararası mühitin əsl quruluşu haqqında mühüm ipucu verir.
Webb Teleskopunun NIRCam (Yaxın İnfraqırmızı Kamera) ilə çəkilmiş görüntüləri toz və qaz buludlarının əvvəllər naməlum olan kompleks quruluşunu ortaya qoyub.
Alimlər əldə edilən məlumatların qalaktikalardakı ulduzlararası maqnit sahələri və toz dinamikası haqqında yeni məlumatlar verəcəyini düşünürlər.Araşdırmada iştirak edən alimlərdən biri Armin Rest deyib ki, bu tədqiqat kosmosdakı strukturları tibbi tomoqrafiya kimi üç ölçülü anlamağa kömək edəcək.
Alimlər gələcəkdə yeni müşahidələrlə kosmosda ulduz partlayışlarının təsirlərini daha ətraflı araşdırmağı planlaşdırırlar.
Nigeriyada yanacaq tankeri partlayıb: 70...
"Qaranlıq Oksigen" missiyası...
Yaponiyada təbii fəlakətlərdən sonra...
Alimlər Neolit dövründə iqlim böhranının...
“NASA” teleskopundan 2,5 milyard piksel...