Santa Ana küləkləri səbəbindən Los-Ancelesdə meşə yanğınları ilə mübarizə çətinləşə bilər
ABŞ rəsmiləri Kaliforniya ştatının Los-Anceles şəhəri və ətrafında 10 gündür davam edən yanğınlara müdaxilənin növbəti həftə gözlənilən Santa Ana küləkləri səbəbindən çətinləşə biləcəyini bildirib.
Los-Anceles Milli Meteorologiya Mərkəzi “X” sosial media hesabında 10 gündür nəzarət altına alınmağa çalışılan meşə yanğınlarına dair açıqlama yayıb. Açıqlamada yanğınla mübarizənin növbəti həftə saatda təxminən 72-105 km sürətlə əsəcək Santa Ana küləkləri səbəbindən çətinləşəcəyi, lakin keçən həftə yaşanan qədər mənfi şəraitin təkrar olunmayacağının gözləndiyi bildirilib.
Kaliforniya Meşəçilik və Yanğınlardan Mühafizə İdarəsinin məlumatına görə, Palisades bölgəsində başlayan və təxminən 24 min akr əraziyə təsir edən yanğının 21%-i, İton bölgəsində təxminən 14 min akr ərazini kül edən yanğının isə 45%-i nəzarət altına alınıb.
ABŞ mediasının verdiyi xəbərə əsasən, Los-Anceles bölgəsi şerifi Robert Luna yanğınlar səbəbindən təxminən 30 nəfərin hələ də itkin olduğunu bildirib. Los-Anceles metropoliten bölgəsində 120 mindən çox elektrik abunəçisi yanğınlar səbəbindən işıqsız qalıb. Rəsmilər yanan ərazilərdə təhlükəli maddələrin yoxlanması tamamlanmadan bölgə sakinlərinin yanğın dağıntılarını təmizləməsini və ya çıxarmasını təhlükəsizlik riskinə görə qadağan edib.
ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) meşə yanğınlarında zərər görən ərazilərdən təhlükəli məişət tullantılarının çıxarılması üçün 500 işçi təyin edərək təmizlik prosesi üçün təxminən 100 milyon dollar ayırıb. Meşə yanğınları ilə bağlı cinayətlərin araşdırılması üçün ABŞ Federal Təhqiqat Bürosu, Alkoqol, Tütün, Odlu Silahlar və Partlayıcılar Bürosu və yerli orqanlardan ibarət bir işçi qrupu yaradılıb. Yaradılmış yeni işçi qrupunun qəsdən yanğın törətmə, qarət, dələduzluq və qanunsuz pilotsuz uçan aparat (PUA) fəaliyyətləri kimi cinayətlərə fokuslanacağı qeyd olunub.
Nigeriyada yanacaq tankeri partlayıb: 70...
"Qaranlıq Oksigen" missiyası...
Yaponiyada təbii fəlakətlərdən sonra...
Alimlər Neolit dövründə iqlim böhranının...
“NASA” teleskopundan 2,5 milyard piksel...