Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvadan
Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə
Cənab Prezident.
"Azərbaycan Hava Yolları"na məxsus təyyarənin dekabrın 25-də faciəvi şəkildə qəzaya uğraması və 38 nəfərin ölümü, 29 nəfərin yaralanması ilə bağlı xəbəri dərin kədər hissi ilə qarşıladım.
Zati-alinizə, həlak olanların ailələrinə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.
Fürsətdən istifadə edərək Zati-alinizə ən yüksək hörmət və ehtiramımı bildirirəm.
Luiz İnasio Lula da Silva
Braziliya Federativ Respublikasının Prezidenti
İraq Respublikasının Prezidenti...
Moskvanın və Bütün Rusiyanın Patriarxı...
Braziliya Federativ Respublikasının...
Azərbaycan Respublikasında Rəqəmsal...
Dünya Etnoidman Konfederasiyasının sədri...