19 yanvar 2025, bazar Bakı, 7°C
IMG-LOGO

Son illər peşə hazırlığına cəlb olunan issiz və işaxtaranların illik sayı 6 dəfə artıb

18-01-2025
IMG

Aktiv məşğulluq tədbirlərinin bir istiqaməti də işsiz və işaxtaran şəxslərin əmək bazarının tələblərinə uyğun peşələrə, bununla da məşğulluq imkanlarına yiyələnməsini təmin etməkdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən son illərdə peşə hazırlığı infrastrukturunun təkmilləşdirilməsi sahəsində mühüm addımlar atılıb, habelə yeni peşə hazırlığı mərkəzləri yaradılıb. Hazırda həmin mərkəzlərin ölkə üzrə genişləndirilməsi işləri davam etdirilir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi peşə hazırlığı kurslarına cəlb edilən işsiz və işaxtaran şəxslərin illik sayı 2018-ci ildəki 2,6 mindən 6 dəfə artaraq 2024-cü ildə 15,6 minə çatıb.

Kursların yekununda məzunlara sertifikatlar təqdim edilir və onların yeni yiyələndikləri peşələr üzrə işlə təmin olunmalarına dəstək də göstərilir.

Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən gənc nəslin əmək bazarına uyğun düzgün peşə seçiminə dəstək verilməsi məqsədilə peşəyönümü xidmətlər də göstərilir. Həmin xidmətlərlə əhatə olunanların illik sayı da 2018-ci ildəki 118 mindən 1,7 dəfə artaraq 2024-cü ildə 204 minə çatıb.

Paylaş: