Ötən il 34 mal kateqoriyası üzrə 818 məhsul növü araşdırılıb
2024-cü ildə qabaqcıl texniki reqlamentlər, qaydalar və istinad standartlarının təhlili əsasında ümumilikdə 34 mal kateqoriyası üzrə 818 məhsul növü araşdırılıb, texniki tənzimləmənin şamil olunduğu mallara dair 3817 təhlükəsizlik parametri müəyyənləşdirilib.
Fhnews.az xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən verilən məlumata görə, həmin təhlükəsizlik parametrləri üzrə 31 dövlət orqanının tabeliyində olan sınaq laboratoriyaları, o cümlədən akkreditasiya olunmuş 90 sınaq laboratoriyasının imkanları qiymətləndirilib.
Texniki tənzimləmə sahəsində laboratoriyaların diaqnostik qiymətləndirilməsi dəqiq və etibarlı nəticələrin əldə olunması, məhsul və xidmətlərin keyfiyyətinin artırılması, istehlakçı maraqlarının qorunmasına xidmət edir.
Qax, Şəki, Xınalıq, Qusar, Qrız və...
Yasamalda qanunsuz heyvan satışının...
20 Yanvar faciəsinin qurbanları FHN-in...
Sabaha olan hava proqnozu açıqlanıb ...
Azərbaycan ilə Pakistan arasında...