Qazaxıstan yüksək texnologiyalı PUA istehsal edəcək
“Yesil Technology Company” Qazaxıstanın Almatı vilayətində yüksək texnologiyalı pilotsuz uçuş aparatları istehsal edəcək.
Fhnews.az xəbər verir ki, bununla bağlı Kazinform informasiya agentliyi məlumat yayıb. Bildirilib ki, Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi ilə investorlar arasında əməkdaşlıq memorandumu imzalanıb.
Qazaxıstanın sənaye və iqtisadiyyatının şaxələndirilməsinin dəstəklənməsinə yönəlmiş layihənin dəyəri 12 milyon ABŞ dollarına yaxındır. Pilotsuz təyyarələr ölkə bazarlarına çıxarılacaq və Mərkəzi Asiya dövlətlərinə ixrac ediləcək.
İstehsal proseslərinə beynəlxalq mühəndislər və qazaxıstanlı mütəxəssislər cəlb olunacaqlar.
Nigeriyada yanacaq tankeri partlayıb: 70...
"Qaranlıq Oksigen" missiyası...
Yaponiyada təbii fəlakətlərdən sonra...
Alimlər Neolit dövründə iqlim böhranının...
“NASA” teleskopundan 2,5 milyard piksel...