"Qaranlıq Oksigen" missiyası
Elm adamları günəş işığının çatmadığı dəniz dibindəki metal yığınlarının oksigen əmələ gətirə biləcəyini kəşf ediblər. Bu maraqlı hadisəni anlamaq istəyən tədqiqatçılar okeanların ən dərin yerlərinə dalacaqlar. Alimlər bildirirlər ki, bu missiya "başqa planetlərdə həyatın mümkünlüyü ilə bağlı baxışı da dəyişə bilər". Bu kəşf dünya miqyasında elmi müzakirələrə səbəb olub. Dənizin dibindən qiymətli metallar çıxarmağı planlaşdıran dərin dəniz mədən şirkətləri vəziyyətdən şikayətlənirlər. Dəniz dibində inkişaf etmiş bir həyat formasının mümkünlüyü şirkətlərə milyardlar qazandıran mədən əməliyyatlarını poza bilər...
Tədqiqatçılar bu qəribə hadisəni anlamaq üçün okeanların ən dərin hissələrini araşdırmağı planlaşdırdıqlarını açıqlayıblar.
Bu missiya başqa planetlərdə həyatın mümkünlüyü ilə bağlı təsəvvürləri dəyişə bilər. İlk kəşf dəniz alimlərini təəccübləndirib.Cünkü əvvəllər oksigenin yalnız günəş işığında - fotosintez yolu ilə bitkilər tərəfindən istehsal oluna biləcəyi qəbul edilirdi.
Oksigenin qaranlıqda metal yığınları tərəfindən əmələ gəlməsi bu prosesin başqa planetlərdə də baş verə biləcəyi ehtimalını ortaya çıxardı. İlkin kəşf dünya miqyasında elmi müzakirələrə səbəb olub. Beləki, dəniz dibindəki düyünlərdən qiymətli metallar çıxarmağı planlaşdıran bəzi elm adamları və dərin dəniz mədən şirkətləri araşdırmanı tənqid ediblər.
Nigeriyada yanacaq tankeri partlayıb: 70...
"Qaranlıq Oksigen" missiyası...
Yaponiyada təbii fəlakətlərdən sonra...
Alimlər Neolit dövründə iqlim böhranının...
“NASA” teleskopundan 2,5 milyard piksel...