19 yanvar 2025, bazar Bakı, 7°C
IMG-LOGO

Cənubi Koreya məhkəməsi Yoonun həbsinə etirazı rədd edir

16-01-2025
IMG

Cənubi Koreya məhkəməsi hərbi vəziyyətin elan edilməsindən sonra prezidentlik vəzifəsindən uzaqlaşdırılan və dünən məsələ ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan Yoon Suk Yeolun vəkillərinin həbs qərarına etirazını rədd edib.

“Yonhap” xəbər verir ki, məhkəmə dünən Yoonun vəkillərinin həbs qərarına etiraz ərizəsini dəyərləndirib.

Məhkəmə prezident vəzifəsindən kənarlaşdırılan Yoonun vəkillərinin etirazını rədd edərək, onun həbsinin davam etdirilməsi barədə qərar qəbul edib.Yoonun Korrupsiya İstintaq İdarəsi tərəfindən saxlanmasının hüquq sisteminə zidd olduğunu iddia edən vəkillər araşdırmanın Seul Mərkəzi Dairə Məhkəməsi tərəfindən aparılmalı olduğunu müdafiə edirlər.

Paylaş: