Türkiyədə 2024-cü ildə müəyyən edilən meteoroloji rekordlar açıqlanıb
Ötən il Türkiyədə ən yüksək temperatur 47,8 dərəcə ilə Şanlıurfada, ən aşağı temperatur isə 34,3 dərəcə ilə Ərdahanda qeydə alınıb. Türkiyə Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin Meteorologiya Baş İdarəsi 2024-cü ildə Türkiyədə müəyyən edilmiş meteoroloji rekordları açıqlayıb.
Buna uyğun olaraq ötən il ən isti gün iyunun 20-də Şanlıurfanın Ceylanpınar rayonunda 47,8 dərəcə, ən soyuq gün isə fevralın 29-da 34,3 dərəcə şaxta ilə Ərdahanın Gölə rayonunda qeydə alınıb. Gündəlik ən çox yağıntı fevralın 13-də Antalya-Kəpəzdə qeydə alınıb. Ötən il martın 6-da Vanın Bahçesaray rayonundakı Karabet təpəsində ən yüksək qar qalınlığı 247 santimetrlə ölçülüb. Məlumata görə, keçən il ən sürətli külək dekabrın 28-də saatda 153,4 kilometr sürətlə Trabzonda qeydə alınıb.
Keçən il avqustun 15-də Adananın Karataş Balıqçılıq Sığınacağı Ana Dalğalı Mayak Stansiyasında ölçülən ən yüksək dəniz suyunun temperaturu 32,9 dərəcə olub.Yanvarın 22-də Marmara Ereğlisi Balıqçılıq Sığınacağı Dalğalı Mayak Stansiyasında dəniz suyunun ən aşağı temperaturu 7 dərəcə ilə ölçülüb.
Nigeriyada yanacaq tankeri partlayıb: 70...
"Qaranlıq Oksigen" missiyası...
Yaponiyada təbii fəlakətlərdən sonra...
Alimlər Neolit dövründə iqlim böhranının...
“NASA” teleskopundan 2,5 milyard piksel...