19 yanvar 2025, bazar Bakı, 7°C
IMG-LOGO

İstanbulda spirtli içkidən zəhərlənənlərin sayı 30 nəfərə çatıb

16-01-2025
IMG

İstanbulda saxta spirtli içkidən zəhərlənərək ölənlərin sayı 30 nəfərə çatıb.

Fhnews.az “Anadolu”ya istinadən xəbər verir ki, İstanbul xəstəxanalarına metanol zəhərlənməsi əlamətlərilə ümumilikdə 83 nəfər müraciət edib.

Onlardan 4-ü müalicədən sonra evə buraxılıb, 31 nəfər reanimasiyadadır, 18 nəfər isə adi şöbələrdə müalicə olunur.

Daha əvvəl xəstəxanaya yerləşdirilmiş 66 nəfərdən 23-nün öldüyü barədə məlumat verilmişdi.

Xatırladaq ki, İstanbulda saxta spirtli içkidən kütləvi zəhərlənmə yanvarın 14-də məlum olub. Onlarla insan metanol zəhərlənməsinin kəskin əlamətləri ilə şəhərin müxtəlif yerlərində xəstəxanalara müraciət edib. Hüquq-mühafizə orqanlarında açılan cinayət işləri çərçivəsində saxlanılanlar var.

Paylaş: