Nəsli kəsilmiş heyvanlar geri qayıda bilərmi?
Genetik mühəndislik və sintetik biologiyada irəliləyişlər nəsli kəsilmiş heyvanları dirçəltməyə imkan verə bilərmi? ABŞ-da yerləşən biotexnologiya şirkəti “Colossal Biosciences” mamont, dodo və Tasmaniya pələngi kimi nəsli kəsilmiş növlərin dirçəldilməsi məqsədi ilə yeni bir investisiya alıb.
Şirkətin məqsədi itirilmiş növlərin DNT-sindən ən yaxın qohumlarına genetik cəhətdən oxşar olan yeni orqanizmlər yaratmaq üçün istifadə etməkdir.
Bəzi alimlər iddia edirlər ki, bu layihələr biotexnologiyanın sərhədlərini aşır və nəsli kəsilmək təhlükəsi altında olan növlərin qorunmasına töhfə verə bilər. Bununla belə, tənqidçilər bildirirlər ki, bu tədqiqatlar daha çox maliyyə investorlarının diqqətini cəlb etmək məqsədi daşıyır və ekosistemlərə gözlənilməz mənfi təsirlərə səbəb ola bilər.
Nuffield Bioetika Şurasının vitse-prezidenti Melanie Challenger bu prosesin əsl "dirilmə" olmadığını, əslində yeni bir növün istehsal edildiyini ifadə edərək deyib ki, geni dəyişdirilmiş orqanizmlər üzərində etik olaraq nəzərə alınması lazım olan bir çox mövzu var.
Alimlərin nəsli kəsilmiş növlərin dirçəldilməsi üçün istifadə etdiyi əsas üsullar klonlaşdırma, genetik redaktə və selektiv yetişdirmədir.Klonlaşdırma bütün genetik kodun qorunub saxlanıla biləcəyi bir üsul olsa da, nəsli kəsilmiş heyvanlar üçün onun tətbiqi məhduddur.Selektiv yetişdirmə nəsli kəsilmiş heyvanın müasir qohumlarında olan müəyyən əlamətlərin çoxaldılması məqsədi daşıyır.
Bununla belə, layihə ilə bağlı ciddi tənqidlər də var. “Colossal” elmi inkişaflarını akademik jurnallarda dərc etmir, bu da tədqiqatların akademik dünya tərəfindən qiymətləndirilməsini çətinləşdirir.Şirkət rəsmiləri bildirirlər ki, elmi məqalələrin dərci uzun müddət çəkə bilər, lakin onlar tədqiqatlarının bir qismini akademik mühitə təqdim etməyi planlaşdırırlar.
Buna baxmayaraq, elmi inkişafların biomüxtəlifliyin qorunmasında və nəsli kəsilmək təhlükəsi altında olan heyvanların xilasında faydalı ola biləcəyi də bildirilir.
Alimlərin nəsli kəsilmiş heyvanları geri qaytarmaq səylərinin həqiqətən ekosistemlərə müsbət təsir edib-etməyəcəyini isə zaman göstərəcək.
Nigeriyada yanacaq tankeri partlayıb: 70...
"Qaranlıq Oksigen" missiyası...
Yaponiyada təbii fəlakətlərdən sonra...
Alimlər Neolit dövründə iqlim böhranının...
“NASA” teleskopundan 2,5 milyard piksel...