Afrika liderləri iqlim dəyişikliyinə qarşı həmrəyliyə çağırır
Əbu-Dabidə keçirilən Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) 15-ci Baş Assambleyasında iştirak edən Afrika liderləri iqlim dəyişikliyinə qarşı birgə fəaliyyətin əhəmiyyətini və ölkənin iqtisadi inkişafı üçün lazımi addımları müzakirə ediblər.
Nigeriya Prezidenti Bola Əhməd Tinubu tək bir ölkənin davamlılıq yolunda addımlaya bilməyəcəyini və iqlim dəyişikliyi ilə mübarizənin xalqlar arasında əməkdaşlıq tələb etdiyini bildirib.Onun fikrincə, iqlim dəyişikliyi ilə mübarizə təkcə ekoloji imperativ deyil, qitəmizi və qlobal enerji mənzərəsini yenidən formalaşdıracaq iqtisadi fürsətdir.
Ruanda prezidenti Paul Kaqame də iqlim dəyişikliyi və davamlı inkişaf məsələsində təkcə siyasi qətiyyətin yetərli olmadığını deyib.
"Dayanıqlı inkişaf kollektiv səydir. Biz keçmişin səhvlərindən dərs almalıyıq"-deyən Kaqame qeyd edib ki, ölkələr texnologiyanı mənimsəyərək iqlim problemləri ilə məşğul olmalıdır.
Uqanda Prezidenti Yoweri Museveni də Afrikaya investisiyaların qitənin böyüyən bazarına çıxışı təmin edəcəyini vurğulayıb.Museveni ölkələrinin iqtisadi inkişafda və ekoloji problemlərlə mübarizədə səylərini vurğulayaraq, Əbu-Dabi sammitinin tövsiyələrinə əməl edəcəklərini bildirib.
Afrika liderlərinin bu çağırışı iqlim dəyişikliyi və iqtisadi inkişaf kimi qlobal məsələlərdə daha geniş beynəlxalq əməkdaşlığa yol açmaq məqsədi daşıyır.
Nigeriyada yanacaq tankeri partlayıb: 70...
"Qaranlıq Oksigen" missiyası...
Yaponiyada təbii fəlakətlərdən sonra...
Alimlər Neolit dövründə iqlim böhranının...
“NASA” teleskopundan 2,5 milyard piksel...