BANM tələbələri Portuqaliyada təhsil alırlar
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) 2 tələbəsi mübadilə proqramı çərçivəsində Portuqaliyanın Braqança Politexnik İnstitutunda təhsil alır.
Fhnews.az xəbər verir ki, BANM-dən verilən məlumata görə, neft və qaz texnologiyaları ixtisasının I kurs magistr tələbələri Həqiqət Quluzadə və Aysel Novruzlu 2024/2025-ci tədris ilini həmin universitetdə davam etdirirlər.
BANM tarixində ilk dəfə olaraq magistratura səviyyəsində Braqança Politexnik İnstitutundan tələbələr iki diplom alacaqlar. Daha sonra onlar təhsillərini BANM-də davam etdirərək məzun olacaqlar. Bununla yanaşı, hər iki tələbə ümumilikdə 10140 avro məbləğində qrant qazanıb.
Direktorların işə qəbulu üzrə...
BDU və Buxara Dövlət Universiteti...
Azərbaycan Təhsil İşçiləri Azad...
AMEA-nın Biologiya və Tibb Elmləri...
Agentlik: Bu il ərzində yeni...