19 yanvar 2025, bazar Bakı, 7°C
IMG-LOGO

Qlobal istiləşməyə səbəb olan qaz səviyyələri 2024-cü ildə artıb

17-01-2025
IMG

Qlobal istiləşməyə səbəb olan karbon qazının konsentrasiyasındakı artımın 2024-cü ildə rekord həddə çatdığı müəyyən edilib.

İngiltərədə yerləşən meteorologiya qurumu “Met Office” tərəfindən aparılan araşdırmalar nəticəsində atmosferin istiləşməsinə səbəb olan karbon qazının konsentrasiyasının 2024-cü ildə əvvəlki illərə nisbətən daha sürətli artdığı müəyyən edilib.

Tədqiqatda karbon dioksid səviyyəsinin artması ilə insan tərəfindən törədilən emissiyalar, karbon qazının atmosferə yayılmasının qarşısını alan orqanizmlərin azalması və iqlim dəyişikliyi arasındakı əlaqə qiymətləndirilib.

Araşdırmada dəniz çöküntülərindəki karbon və bor izotoplarından əldə edilən nisbətə görə karbon dioksid səviyyələrinin ən az 2 milyon ildir bu qədər yüksək olmadığı ifadə edilib və 2024-cü ilin rekordların ən isti ili olduğu vurğulanıb.

Sənaye inqilabından bu yana karbon dioksid səviyyəsinin 50 % artdığını  qeyd edən hesabatda uzun müddətli artımın fosil yanacaqların yandırılması və meşələrin qırılması kimi insan tərəfindən törədilən hərəkətlərdən qaynaqlandığı ifadə edilib.

Dünyanın istiliyini artıran qazların udma qabiliyyətinin uzun müddətdə azaldığına diqqət çəkən alimlər Arktika bölgəsinin artan istiləşmə və yanğınlar səbəbindən karbon qazı mənbəyinə çevrildiyi bildirilib.

2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransında (COP21) təxminən 200 ölkə tərəfindən qəbul edilən Paris Razılaşması qlobal orta temperatur artımını 2 dərəcənin altında saxlamaq və 1,5 dərəcə ilə məhdudlaşdırmaq məqsədi daşısa da, araşdırmada bu hədəfin ola bilməyəcəyi qeyd edilib. 

“Met Office” İqlim Təsirləri  Tədqiqatının rəhbəri professor Richard Betts 1,5 dərəcə həddini qoruyub saxlamaq üçün karbon dioksid səviyyələrindəki artımın yavaşlaması lazım olduğunu vurğulayaraq əlavə edib ki, karbon dioksid toplanması davam etdikcə istiləşmə yenidən başlayacaq.

Paylaş: