Tacikistanda mədəndə qəza, ölənlər var
Tacikistanın şimalında yeraltı işlər zamanı üç şaxtaçı həlak olub.
Fhnews.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Tacikistanın Fövqəladə Hallar Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Faciə Soqd vilayətinin Ayni rayonundakı "Fon-Yaqnob" kömür mədənində baş verib.
"Yanvarın 17-də saat 14:00-da Fövqəladə Hallar Komitəsinin növbətçi hissəsinə "Fon-Yaqnob" mədənində iş zamanı uçqunun baş verdiyi və üç mədənçinin dağıntılar altında qaldığı barədə siqnal daxil olub", - məlumatda bildirilir.
Vurğulanıb ki, müvafiq orqanlar mədəndə baş verənlərin dəqiq səbəbini müəyyən edəcək.
Nigeriyada yanacaq tankeri partlayıb: 70...
"Qaranlıq Oksigen" missiyası...
Yaponiyada təbii fəlakətlərdən sonra...
Alimlər Neolit dövründə iqlim böhranının...
“NASA” teleskopundan 2,5 milyard piksel...