Bakı metropoliteninin inkişafı ilə bağlı layihələrin maliyyələşdirilməsində Asiya İnfrastruktur İnvestisiya Bankının iştirakı müzakirə olunub
“Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) baş investisiya direktoru Konstantin Limitovksi ilə görüşüb.
QSC-dən verilən məlumata görə, görüşdə AİİB nümayəndələrinə 2030-cu ilə qədər Bakıda metropolitenin inkişaf perspektivləri, yeni 10 stansiyanın inşası, digər layihələr və onların əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Diqqətə çatdırılıb ki, şəhər nəqliyyatında mövcud çətinliklərin aradan qaldırılması məqsədilə metropolitenin inkişaf etdirilməsi prioritet vəzifələrdəndir.
Bakı mobillik planı aspektindən metropolitenin inkişaf planı xüsusi müzakirə mövzusu olub.
Bakı metropoliteninin inkişaf etdirilməsi ilə bağlı təşəbbüs və layihələrin icrasının maliyyələşdirilməsində AİİB-in iştirakı ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qarşılıqlı əməkdaşlıq perspektivlərinin diqqətdə saxlanılması və görüşlərin keçirilməsi razılaşdırılıb.
Qax, Şəki, Xınalıq, Qusar, Qrız və...
Yasamalda qanunsuz heyvan satışının...
20 Yanvar faciəsinin qurbanları FHN-in...
Sabaha olan hava proqnozu açıqlanıb ...
Azərbaycan ilə Pakistan arasında...