19 yanvar 2025, bazar Bakı, 7°C
IMG-LOGO

ABŞ-da “TikTok”la bağlı qanun təsdiqlənib

17-01-2025
IMG

ABŞ Ali Məhkəməsi Çin sosial şəbəkə platforması “TikTok”-un satılmayacağı təqdirdə onun ABŞ-da qadağan edilməsi barədə Konqresin qərarını təsdiqləyib. Yekdilliklə təsdiqlənən qərara görə, qüvvəyə minəcəyi 19 yanvar tarixinə qədər sosial media tətbiqi satılmazsa, o, Google və Apple kimi platformalardan silinəcək və tətbiqin cihazlara yüklənməsinin qarşısı alınacaq.

Konqres bunu   “TikTok”-un məlumat toplama təcrübələri və xarici düşmənlə əlaqələri ilə bağlı milli təhlükəsizlik narahatlıqlarını həll etmək üçün zəruri olduğunu müəyyən edib. 

Bununla belə, telefon və planşet kimi mövcud cihazlarda quraşdırılan tətbiqin istifadəyə davam edə biləcəyi, lakin yenilənə bilməyəcəyi bildirilib.
Yanvarın 19-na kimi “TikTok”-un satışı olmazsa qadağa qüvvəyə minəcək.

Qeyd edək ki, həm ABŞ prezidenti Co Bayden, həm də seçilmiş prezident Donald Tramp keçmişdə tətbiqlə bağlı narahatlıqlarını dilə gətiriblər və “TikTok” rəhbərliyi bu narahatlıqların spekulyativ olduğunu müdafiə edib.

15 dekabr 2022-ci ildə ABŞ Senatı federal hökumət işçilərinə "milli təhlükəsizlik narahatlıqları" səbəbindən “TikTok”-u hökumət cihazlarına yükləməyi qadağan edən qanun layihəsini yekdilliklə qəbul edib. 

Xatırladaq ki, “TikTok”-dan istifadəni qadağan edən oxşar qanunlar Merilend, Nebraska, Cənubi Karolina, Cənubi Dakota, İndiana və Texas da daxil olmaqla bir çox ştatda qəbul edilib.

Paylaş: