19 yanvar 2025, bazar Bakı, 7°C
IMG-LOGO

Dəmir Dövründə matriarxal icmaların yaşadığı ortaya çıxıb

16-01-2025
IMG

Dublin Triniti Kolleci və Bornmut Universitetinin tədqiqatçıları İngiltərənin Dorset bölgəsindəki məzarları araşdıraraq, Dəmir dövründə bölgədə matriarxal icmaların yaşadığını ortaya çıxarıblar.

“Science Daily”nin xəbərinə görə, tədqiqatçılar Dorset bölgəsində bir çox məzardan 50 fərqli genom nümunəsini araşdırıblar. Onlar məlumatlara əsaslanaraq qəbirlərin aid olduğu Dəmir dövrü qrupunun soy ağacını yaratmış və burada yaşayan cəmiyyətlərin min illər boyu qadın nəsli ilə davam etdiyini müəyyən etmişlər.

Tədqiqatçılar bu icmalarda nikah və ya ölümdən sonra qadınların ümumiyyətlə bölgədə məskunlaşdıqlarını, kişilərin isə yaşadıqları yerləri tərk edərək qadınların yaşadıqları icmalara qoşulduqlarını aşkar ediblər.

Bu vəziyyətə görə tədqiqatçılar bölgə cəmiyyətində soy ağacının ümumiyyətlə qadınlar vasitəsilə irəlilədiyini müəyyən etmiş, mülkiyyət hüquqlarının da qadın vasitəsilə gələcək nəsillərə keçdiyini qiymətləndirmişlər.

Alimlər  qadınların sosial və siyasi cəhətdən üstün olduğu bir cəmiyyət tapıntısının ilk dəfə qədim Avropa dövründə görüldüyünü və daha əvvəl aparılan genetik araşdırmaların nəticəsində bu vəziyyətin yalnız Dorset bölgəsi ilə məhdudlaşmadığını qeyd ediblər.

Dəmir Çağı İngiltərəsi ilə bağlı əvvəlki genetik məlumat araşdırmalarında, nəticə Dorset bölgəsi qədər böyük olmasa belə, bir çox fərqli icmada oxşar sosial modelin müşahidə edildiyi açıqlanmışdı.

Paylaş: