Nigeriyada yanacaq tankeri partlayıb: 70 nəfər ölüb
Nigeriyanın şimalındakı Niger əyalətində yanacaqla dolu tankerin partlaması nəticəsində azı 70 nəfər ölüb.Nigeriya Milli Yol Təhlükəsizliyi rəsmisi Kumar Tsukvam jurnalistlərə bildirib ki, Niger əyalətində Dikko-Maje şosesində yanacaqla dolu tanker həddindən artıq sürət səbəbindən idarəetmədən çıxıb və aşıb.Partlayış yerli əhali aşmış tankerdən yanacaq almağa çalışarkən baş verib.
Partlayışda ən azı 70 nəfərin öldüyünü, onlarla insanın yaralandığını bildirən Tsukvam bölgəyə yanğınsöndürmə qruplarının göndərildiyini və xilasetmə işlərinin davam etdiyini bildirib.
Qeyd edək ki, 2024-cü ilin oktyabrında Nigeriyanın şimalındakı Jiqava əyalətində də analoji hadisə baş vermişdi. Yanacaq daşıyan tankerin partlaması nəticəsində 180-dən çox insan həlak olmuşdu.
Nigeriyada yanacaq tankeri partlayıb: 70...
"Qaranlıq Oksigen" missiyası...
Yaponiyada təbii fəlakətlərdən sonra...
Alimlər Neolit dövründə iqlim böhranının...
“NASA” teleskopundan 2,5 milyard piksel...