19 yanvar 2025, bazar Bakı, 7°C
IMG-LOGO

TÜBİTAK və AFAD uçqun riskinin qarşısının alınmasında əməkdaşlıq edəcək

16-01-2025
IMG

TÜBİTAK və AFAD ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək “Uçqunun Qarşısının Alınması və Monitorinq Sistemlərinin İnkişafı Layihəsi” ilə təbii fəlakətlərə qarşı yenilikçi və davamlı həllər təklif ediləcək. TÜBİTAK-dan verilən məlumata görə, layihə üçün protokolun imzalanması mərasimində tərəflər adından imzaları TÜBİTAK sədri  Orhan Aydınla Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) rəhbəri Okay Məmiş atıb.

Çıxışında TÜBİTAK sədri  uçqun riski olan ərazilərdə təhlükəsizliyi artırmağı və fəlakətlər nəticəsində yaranan itkiləri minimuma endirməyi hədəflədiklərini və layihənin təbiəti qorumaq və insan təhlükəsizliyini artırmaq missiyası ilə bağlı olduğunu səsləndirib. 

AFAD rəhbəri Okay Memiş də layihənin uçqun bölgələrində baş verə biləcək riskləri minimuma endirmək və yerli resurslarla innovativ həllər təqdim etmək məqsədi daşıdığını vurğulayib: 

"Risklərin monitorinqi və qarşısının alınması sistemləri həm sensor texnologiyaları, həm də maneə sistemləri ilə sahəyə aparılacaq. Layihə çərçivəsində ekoloji cəhətdən təmiz və davamlı infrastruktura malik təhlükəsiz yaşayış sahələri yaratmağı hədəfləyirik.”

“Təbiəti təbiətlə qoruyuruq” prinsipi ilə hazırlanan araşdırma təbii fəlakətlərə qarşı yenilikçi, etibarlı və davamlı həll yolu tapmağa imkan verəcək.

Paylaş: