19 yanvar 2025, bazar Bakı, 7°C
IMG-LOGO

DSMF: Ötən il məcburi dövlət sosial sığorta üzrə daxilolmalar 5 faiz artıb

16-01-2025
IMG

2024-cü ilin yanvar-dekabr ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 273,5 milyon manat və ya 5 faiz artım qeydə alınıb.

Bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib

Büdcə təşkilatları üzrə daxilolma əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 146,4 milyon manat və ya 8,1 faiz, qeyri-büdcə təşkilatları üzrə isə 410,6 milyon manat və ya 12,1 faiz artıb.

Paylaş: