Gəncədə antisanitar şəraitdə emal olunan quş əti məhsullarının satışının qarşısı alınıb
Gəncə şəhəri, Z.Əliyeva küçəsi 281 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Əsgərov Ayəddin İsa oğluna məxsus quş əti emalı müəssisəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları yoxlama aparıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, müəssisədə qida təhlükəsizliyi tələblərinin pozulduğu aşkarlanıb.
Belə ki, xammalın qəbulu, saxlanılması, emalı, satışı üçün müvafiq avadanlıq və inventarlarla təchiz olunmuş sahələrin mövcud olmadığı, emal prosesinin eyni sahədə həyata keçirildiyi, məhsulların antisanitar vəziyyətdə yerdən yığılaraq saxlanıldığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar müəyyən edilib.
Faktla bağlı qanunsuz emal olunan məhsulların satışının qarşısı alınıb və saxlanca qoyulub, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub, sahibkar barəsində inizibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Qax, Şəki, Xınalıq, Qusar, Qrız və...
Yasamalda qanunsuz heyvan satışının...
20 Yanvar faciəsinin qurbanları FHN-in...
Sabaha olan hava proqnozu açıqlanıb ...
Azərbaycan ilə Pakistan arasında...