19 yanvar 2025, bazar Bakı, 7°C
IMG-LOGO

Havaydakı Kilauea vulkanı lava püskürür

18-01-2025
IMG

Dünyanın ən aktiv vulkanlarından biri kimi tanınan Havaydakı Kilauea vulkanı yenidən aktivləşib. ABŞ-nın Havay adasında yerləşən və dünyanın ən aktiv vulkanlarından biri kimi tanınan Kilauea vulkanında 23 dekabr tarixindən etibarən vulkanik fəaliyyət davam edir.

Havay Vulkan Rəsədxanasının verdiyi açıqlamaya görə, vulkan dünən yerli vaxtla saat 09.15-də püskürüb. 

Bildirilib ki, partlayış Havay Vulkanları Milli Parkı ilə məhdudlaşıb və yaxınlıqdakı ərazilər üçün təhlükə yaratmayıb.

Qeyd edək ki, 1924-1952-ci illər arasındakı sakit dövr istisna olmaqla, müntəzəm vulkan püskürmələrinin baş verdiyi Kilauea vulkanında 2018-ci ildə təxminən 3 ay davam edən püskürmələr 700-dən çox evi dağıdıb.

Paylaş: