“Şimal axını” boru kəmərlərindən sızan metan qazı Baltik dənizinin böyük hissəsinə yayılıb
Yeni araşdırmaya görə, "Şimal axını" boru kəmərlərində baş verən partlayışlardan sonra metan qazı sızması Baltik dənizinin cənub sularında geniş yayılıb, eyni zamanda bölgədəki 20-dən çox dəniz qoruma ərazisi də sızmadan təsirlənib.
Göteborq Universiteti və “Okeanın səsi” tədqiqat mərkəzinin alimləri Rusiyanın təbii qazını Avropaya daşıyan “Şimal axını” boru kəmərlərindəki sızmaların yayıldığı ərazidə sualtı robotlarla metan konsentrasiyasının səviyyəsini ölçüblər.Araşdırmalar çərçivəsində boru kəmərlərindən sızan metan qazının böyük hissəsinin dəniz səthinə və atmosferə doğru qalxdığı, bir hissəsinin isə səthin altında qalaraq okean axınları ilə Baltik dənizinə dağıldığı müəyyən edilmişdir.
Elm adamları Baltik sularında metan səviyyəsinin, xüsusən 2022-ci ilin sentyabrında boru kəməri partlayışından sonrakı ilk günlərdə normadan təxminən 1000 dəfə çox artdığını müəyyən ediblər.
Ölçmələrə əsasən, metan qazı Baltik dənizinin cənubunda, Danimarkanın şərqindəki Zelandiya sahillərindən Polşadakı Qdanks körfəzinə qədər geniş yayılmışdır.
Alimlər ölçmələrə əsaslanaraq, Baltik dənizində metanın necə paylandığını və hara çatdığını göstərən model yaradıblar.Müvafiq olaraq, okean cərəyanlarının qazı dəniz ekosistemlərini, biomüxtəlifliyi və təbii ehtiyatları qorumaq üçün təyin olunan 23 fərqli dəniz qorunan əraziyə daşıdığı müəyyən edilmişdir.
Araşdırmanın müəlliflərindən biri olan Göteborq Universitetinin Dəniz Elmləri Bölməsinin alimi Bastien Queste metan emissiyalarının mənfi təsirinə məruz qalan ərazilərin modelin köməyi ilə asanlıqla aşkar edildiyini və hər hansı problemə müdaxiləni asanlaşdırdığını ifadə edib.
Nigeriyada yanacaq tankeri partlayıb: 70...
"Qaranlıq Oksigen" missiyası...
Yaponiyada təbii fəlakətlərdən sonra...
Alimlər Neolit dövründə iqlim böhranının...
“NASA” teleskopundan 2,5 milyard piksel...