AQTA sədri Ağcabədidə istehsal müəssisəsinin fəaliyyəti ilə tanış olub
Vətəndaşların qəbulu ilə əlaqədar Ağcabədi rayonunda olan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Atena” MMC-nin fəaliyyəti ilə maraqlanıb.
Fhnews.az xəbər verir ki, bu barədə Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Agentliyin sədri “Atena” MMC-yə məxsus süd zavoduna və maldarlıq fermasına baxış keçirib. Q.Təhməzli zavoda daxil olan xammal, istehsal prosesi, müəssisədə sanitar-gigiyenik tələblərin gözlənilməsi və avtomatlaşmış idarə sistemləri ilə tanış olub. Eyni zamanda, fermada saxlanılan heyvanlar, istehsal olunan məhsul, heyvanlara göstərilən baytarlıq xidmətləri, xüsusi təhlükəli xəstəliklərə qarşı mübarizə tədbirlərinin aparılması, fermanın daxilində bioloji təhlükəsizliyin tələblərinin gözlənilməsi barədə məlumat verilib. Fermanın daxili elektron sistemi nümayiş olunub, heyvanların fizioloji sağlamlıq vəziyyətinin elektron izlənilməsi ilə tanışlıq həyata keçirilib. Həmçinin müəssisədə istehsal edilən müxtəlif süd məhsulu çeşidlərinin ixrac coğrafiyasının genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Qax, Şəki, Xınalıq, Qusar, Qrız və...
Yasamalda qanunsuz heyvan satışının...
20 Yanvar faciəsinin qurbanları FHN-in...
Sabaha olan hava proqnozu açıqlanıb ...
Azərbaycan ilə Pakistan arasında...