19 yanvar 2025, bazar Bakı, 7°C
IMG-LOGO

Bayden  2500 nəfərin cəzasını yüngülləşdirdi

17-01-2025
IMG

ABŞ mətbuatında yer alan xəbərlərə görə, yanvarın 20-də vəzifələrini yeni seçilmiş prezident Donald Trampa təhvil verəcək Bayden  açıqlamasında vəzifəsinin son günlərində əlavə cəzaların  azaldılması və əfvləri nəzərdən keçirməyə davam edəcəyini bildirib.

Vergidən yayınma və qeyri-qanuni silah əldə etməkdə təqsirli bilinən oğlu Hunter Baydenin əfv edilməsi ilə reaksiyaların hədəfinə çevrilən Bayden  zorakılığa əsaslanmayan narkotik cinayətlərinə görə məhkum edilmiş təxminən 2500 nəfərin cəzasını yüngülləşdirdiyini açıqlayıb.

Bayden yaxın günlərdə amnistiya ilə bağlı əlavə addımlar ata biləcəyinə işarə edib. 12 dekabr 2024-cü ildə Covid-19 epidemiyası zamanı həbsxanadan çıxan və ev dustaqlığına buraxılan təxminən 1500 nəfərin cəzasını yüngülləşdirən Bayden 23 dekabr 2024-cü ildə edam cəzasına məhkum edilmiş 40 federal məhbusdan 37-nin cəzasını şərti azad etmə ehtimalı olmadan ömürlük həbsə çevirdiyini qeyd edib.

Paylaş: