Yaponiya Hava Yollarına məxsus təyyarənin təkəri eniş zamanı partlayıb
Yaponiya Hava Yollarına məxsus sərnişin təyyarəsinin təkəri Tokionun Haneda hava limanına enərkən partlayıb.
Fhnews.az Kyodo agentliyinə istinadla xəbər verir ki, hadisə nəticəsində hava limanında uçuş-enmə zolağı müvəqqəti olaraq bağlanıb və bu, 15 reysə təsir edib.
Nəqliyyat Nazirliyinin Tokio hava limanı ofisindən verilən məlumata görə, 65 sərnişindən və ekipaj üzvlərindən heç biri xəsarət almayıb. Uçuş-enmə zolağı təxminən 25 dəqiqə bağlı qalıb.
Salvadorda 5,8 bal maqnitudada zəlzələ...
Los-Ancelesdə daha 200 min nəfərə...
Oman, Səudiyyə Ərəbistanı və Qətərdə...
İngiltərədə soyuq hava dalğası və...
Şirin su heyvanlarının təxminən dörddə...