Boliviyada daşqınlar nəticəsində 16 nəfər ölüb
Boliviyada noyabr ayından bəri davam edən güclü yağışlar həyata mənfi təsir edib.Boliviyanın mülki müdafiə nazirinin müavini Xuan Karlos Kalvimontes keçirdiyi mətbuat konfransında güclü yağışların noyabr ayından yanvarın ilk həftəsinə qədər davam etdiyini bildirib.
O, bunun sel və sürüşmələrə səbəb olduğunu bildirib.Kalvimontes ən azı 16 nəfərin həyatını itirdiyini, 355 evin zərər gördüyünü, 194 evin isə tamamilə dağıldığını bildirib.
La Pazın qərbində yerləşən Apolo, La Asunta və Luribay bələdiyyələrində fəlakətdən sonrakı işləri idarə etmək üçün “fəlakət vəziyyəti” elan edilib.
Yağışlı mövsümün mart və ya aprel aylarına qədər davam edəcəyi gözlənilir.
Salvadorda 5,8 bal maqnitudada zəlzələ...
Los-Ancelesdə daha 200 min nəfərə...
Oman, Səudiyyə Ərəbistanı və Qətərdə...
İngiltərədə soyuq hava dalğası və...
Şirin su heyvanlarının təxminən dörddə...