Qarlı hava şəraiti Fransanın şimal departamentlərində həyatı iflic edib
Fransanın şimal-qərbində yerləşən bölgələri qar və buz yağıntısının ciddi təsirinə məruz qalıb, 7 departament daşqın xəbərdarlığı alıb.
Fhnews.az xəbər verir ki, Fransanın şimalındakı şaxtalı havaya görə iki nəfər donaraq ölüb. Pa-dö-Kaledə (Pas-de-Calais) baş vermiş yol qəzasında 3 nəfər yaralanıb. Digər yol qəzalarında kiçik maddi ziyanlar olub.
Meteorologiya institutu ölkənin 10 departamentində narıncı təhlükə vəziyyəti elan edib.
Ölkənin şimalında minlərlə ev elektriksiz qalıb. Həmçinin Fransa Milli Dəmir Yolları Şirkəti (SNCF) şimalda regional ekspres qatarların (TER) hərəkətinin dayandırılacağı və ya fasilələrlə işləyəcəyi barədə xəbərdarlıq edib.
Salvadorda 5,8 bal maqnitudada zəlzələ...
Los-Ancelesdə daha 200 min nəfərə...
Oman, Səudiyyə Ərəbistanı və Qətərdə...
İngiltərədə soyuq hava dalğası və...
Şirin su heyvanlarının təxminən dörddə...