10 yanvar 2025, cümə Bakı, 4°C
IMG-LOGO

Şirin su heyvanlarının təxminən dörddə birinin nəsli kəsilmək təhlükəsi var

09-01-2025
IMG

Dünyanın müxtəlif universitetlərindən bir araya gələn tədqiqatçılar Beynəlxalq Təbiəti Mühafizə Birliyinin qırmızı siyahısına salınan və nəsli kəsilməkdə olan, yalnız şirin su ekosistemlərində yaşayan balıq, xərçəng və cırcırama kimi təxminən 23.500 heyvan növünü araşdırıblar.

Araşdırma nəticəsində tədqiqatçılar müəyyən ediblər ki, şirin su heyvanlarının təxminən 24 faizi nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir, çünki onlar müxtəlif amillərin, o cümlədən suyun çirklənməsi, kənd təsərrüfatı, iqlim kimi amillərin yaratdığı təhlükələrə məruz qalırlar. 

Tədqiqatçılar bu təhlükə altında olan növlərin daha çox Mərkəzi Afrikadakı Viktoriya gölü, Boliviya və Peru sərhədindəki Titikaka gölü, Şri-Lanka və Hindistanın Qərbi Qats ətrafındakı şirin su ekosistemlərində tapıldığını müəyyən ediblər.

Paylaş: