Boliviyada şiddətli yağışlar 16 nəfərin ölümünə səbəb olub
Ötən ilin noyabr ayından bəri davam edən yağış və daşqınlar Boliviyada azı 16 nəfərin ölümü ilə nəticələnib.
Fhnews.az xəbər verir ki, Boliviyanın müdafiə nazirinin müavini Xuan Karlos Kalvimontesin sözlərinə görə, təbii fəlakət ölkədə böyük dağıntılar törədib və 36 bələdiyyəyə çiddi ziyan vurub. La-Pas departamentinin qərbində yerləşən Apolo, La-Asunta və Luribay bələdiyyələrində daşqınların nəticələrinin aradan qaldırılması üçün “təbii fəlakət” rejimi elan olunub.
Ölkənin doqquz departamentindən səkkizi hava şəraiti ilə bağlı problemlər barədə məlumat verib. Eyni zamanda, noyabr ayından bəri qeydə alınan şaxta və dolu beş departamentə zərər vurub.
Ölkənin meteorologiya xidməti yağışlı mövsümün aprel aylınadək davam edəcəyini proqnozlaşdırır.
Salvadorda 5,8 bal maqnitudada zəlzələ...
Los-Ancelesdə daha 200 min nəfərə...
Oman, Səudiyyə Ərəbistanı və Qətərdə...
İngiltərədə soyuq hava dalğası və...
Şirin su heyvanlarının təxminən dörddə...