Los-Anceles Yanğınsöndürmə rəhbəri: “Ekipajlar yayılan yanğınları idarə etmək iqtidarında deyil”
ABŞ-nın Kaliforniya ştatının Los-Anceles dairəsinin yanğınsöndürmə rəisi Entoni Marrone bildirib ki, yanğın qrupları bölgədə yayılan yanğınlarla mübarizə aparmaq iqtidarında deyil.
“ABC News”un verdiyi məlumata görə, Marrone mətbuat konfransında "LA County və bölgədəki 29 yanğınsöndürmə idarəsindən heç biri bu cür geniş yayılmış fəlakətə hazır deyil"-deyib.
Los-Anceles dairəsinin şerifi Robert Luna 3 nəfərin qarət etdiklərinə görə saxlanıldığını açıqlayıb.
Kaliforniya qubernatoru Gavin Newsom yanan bir evin qarşısında CNN telekanalına müsahibəsində yanğın hidrantlarında su olmaması ilə bağlı suala cavabında yerli məmurların bunu həll etməyə çalışdıqlarını deyib.
İton bölgəsindəki yanğınlar təxminən 4 min hektar ərazini əhatə edərkən, Hurst bölgəsində də təxminən 300 hektar ərazi də alovlardan təsirlənir. Los-Anceles Yanğın Departamenti rəsmiləri şəhər tarixinin ən dağıdıcı yanğınlarından birinin baş verdiyini və indiyədək 2 minə yaxın evin tamamilə yandığını bildirib.
Dövlət orqanlarının təxminən 100 min adam üçün təxliyə əmri verdiyi yanğının Hollivud bölgəsinə sıçradığı, Paris Hilton, Mandy Moore və Cary Elwes kimi bir çox məşhurun evlərini itirdiyi bildirilib.
Yanğınla əlaqədar bölgədəki bütün məktəblər bağlanıb.
Salvadorda 5,8 bal maqnitudada zəlzələ...
Los-Ancelesdə daha 200 min nəfərə...
Oman, Səudiyyə Ərəbistanı və Qətərdə...
İngiltərədə soyuq hava dalğası və...
Şirin su heyvanlarının təxminən dörddə...