İzmir körfəzində yosun təbəqəsi əmələ gəlib
İzmir körfəzində yerləşən Çakalburnu gölündə dəniz suyunun tərkibindəki azot və fosforun miqdarı artdıqca yosunlar suyun üzərində təbəqə əmələ gətirir.
Flamingo da daxil olmaqla bir çox quş növünə ev sahibliyi edən Balçova rayonundakı lagün yosun təbəqəsi səbəbindən yaşıllaşıb.
Alimlər dəniz yosunlarının xüsusilə sənaye və kənd təsərrüfatı fəaliyyətlərinin sıx olduğu bölgələrdə suyun çirklənməsi səbəbindən meydana gəldiyini deyirlər.
Mütəxəssislərin fikrincə, İzmir körfəzində dəniz yosunu kimi çirklənməyə davamlı növlərin həddindən artıq çoxalmasının qarşısını almaq üçün iş quru mühitindən başlanmalı, tullantı sularının yaxşı təmizlənməsi təmin edilərək qida elementlərinin daxil olmasının qarşısı alınmalıdır.
Salvadorda 5,8 bal maqnitudada zəlzələ...
Los-Ancelesdə daha 200 min nəfərə...
Oman, Səudiyyə Ərəbistanı və Qətərdə...
İngiltərədə soyuq hava dalğası və...
Şirin su heyvanlarının təxminən dörddə...