KOBİA yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın yeni tərkibinin formalaşdırılması üçün seçkilər keçirilib və şuraya 15 vətəndaş cəmiyyəti institutunun nümayəndələrindən ibarət yeni üzvlər seçilib.
KOBİA-dan bildirilib ki, növbəti iki ildə KOBİA yanında İctimai Şuraya “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin İdarə Heyətinin sədri Samir Abdullayev rəhbərlik edəcək.
İclasda, həmçinin KOBİA yanında İctimai Şuranın gələcək fəaliyyətinə və 2025-ci il üzrə Tədbirlər Planına dair fikir mübadiləsi aparılıb və şura üzvlərinin təklifləri dinlənilib. Sonra KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov İctimai Şuranın üzvləri ilə görüşüb. Görüşdə agentliklə əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.
Qeyd olunub ki, agentlikdə ictimai iştirakçılığın gücləndirilməsi, kiçik və orta biznesin inkişafı ilə bağlı görülən tədbirlər və agentliyin fəaliyyəti üzərində ictimai nəzarətin təmin olunması, qurum ilə ictimaiyyət, o cümlədən biznes ictimaiyyəti arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi məqsədilə KOBİA yanında İctimai Şura fəaliyyət göstərir.
İndiyədək KOBİA yanında İctimai Şura tərəfindən müxtəlif mövzularda 43 ictimai müzakirə təşkil edilib. 2024-cü ildə keçirilmiş ictimai müzakirələr sahibkarlıq sahəsində qanunvericilik və islahatlar, yeni qəbul edilmiş Rəqabət Məcəlləsi, quşçuluq və reklam sektoruna həsr olunub və bu müzakirələrdə ümumilikdə 220-dən çox sahibkar iştirak edib.
KOBİA yanında İctimai Şuranın yeni...
Ötən il “biletim.az” portalı üzərindən...
AYNA: Avtobus marşrutlarına onlayn bilet...
Azərbaycanda avtomobil yollarında 4...
Qazaxıstan taxılının Azərbaycana...