Tibetdə zəlzələdən sonra 1 211 yeraltı təkan qeydə alınıb
Çinin Tibet Muxtar Rayonunda baş verən zəlzələdən sonra seysmoloqlar 1 211 yeraltı təkan qeydə alıblar.
Fhnews.az xəbər verir ki, bu barədə “Xinhua” agentliyi regional seysmoloji idarəyə istinadən məlumat yayıb.
Ən güclü afterşokun maqnitudası 4,4 təşkil edib və zəlzələnin episentrindən 18 km məsafədə qeydə alınıb.
Xatırladaq ki, yanvarın 7-də səhər saatlarında Nepalla sərhədə yaxın olan Tibet Muxtar Rayonunun Tinqri dairəsində 7,1 bal gücündə zəlzələ baş verib. Çinin cənub-qərbində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 126 nəfərə çatıb.
Salvadorda 5,8 bal maqnitudada zəlzələ...
Los-Ancelesdə daha 200 min nəfərə...
Oman, Səudiyyə Ərəbistanı və Qətərdə...
İngiltərədə soyuq hava dalğası və...
Şirin su heyvanlarının təxminən dörddə...