10 yanvar 2025, cümə Bakı, 6°C
IMG-LOGO

Oman, Səudiyyə Ərəbistanı və Qətərdə leysan yağışları davam edir

09-01-2025
IMG

Oman, Səudiyyə Ərəbistanı və Qətərdə şiddətli yağış, duman və pis hava şəraiti həyata mənfi təsir edib. Omanda leysan xarakterli intensiv yağış və tufan müşahidə olunub. Həftənin əvvəlindən  soyuq hava  dalğası ölkəyə ciddi təsir edib. 

Səudiyyə Ərəbistanının SPA xəbər agentliyində yer alan xəbərə görə, paytaxt Ər-Riyadda dumanın hökm sürdüyü bildirilib.

Xəbərə görə, Təbuk, Mədinə, Məkkə və şərq bölgəsində güclü küləyin əsəcəyi, ölkənin şimal və mərkəzi rayonlarında temperaturun aşağı enəcəyi, səmanın dəyişkən buludlu olacağı, Məkkədə az yağış yağacağı ehtimalı var.

Səudiyyə Ərəbistanı Mülki Müdafiə İdarəsindən verilən yazılı açıqlamaya görə, ölkənin əksər bölgələrində qasırğa bazar gününə qədər davam edəcək. Məkkə və Cizan kimi bölgələrdə güclü yağışlar gözlənilir.

Qətər Meteorologiya İdarəsindən verilən açıqlamada isə ildırım, güclü külək və yüksək dalğaların gözlənildiyi qeyd edilib və dalğa uzunluğunun 3 metrə çatacağına dair xəbərdarlıq edilib.

Paylaş: